İdman 

“Neftçi”nin prezidenti: “Yaxın zamanda daha da güclənəcəyik”

“Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil. Lakin çox yaxşı məşqçimiz var və düşünürəm ki, yaxın zamanda daha da güclənəcəyik”.

Bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Rusiyanın “Spartak” klubu ilə yoxlama oyunu (0:2) barədə danışarkən deyib.

Funksioner “ağ-qaralar”ın Rusiyanın Sankt-Peterburq şəhərindəki təkim-məşq toplanışını dəyərləndirib:

“Hər şey yüksək səviyyədədir. Rusiya komandaları hazırlıqlıdırlar. “Zenit” Super Kuboka, “Spartak” çempionata hazırlaşırdı. “Fənərbağça” da avrokubok matçları üçün çalışırdı. “Srvena Zvezda” Çempionlar Liqasının qrupunda olacaq. Bizim də bu mövsümə ümidlərimiz böyükdür”.

K.Quliyev “Spartak”la əməkdaşlıq memorandumu imzalamalarının klublar arasındakı əlaqələri möhkəmləndirəcəyini söyləyib:

“Memorandum bir sənəddir və necə olacağını görəcəyik. Ümid edirəm ki, Azərbaycan futbolunun Rusiyada və Rusiya futbolunun da Azərbaycanda təbliği üçün səmərəli olacaq. Biz bu mövzuda optimistik. Kifayət qədər geniş imkanlar var. Düşünürəm ki, detallar sonra açıqlanacaq. Hər şey yaxşıdır. “Zenit”lə də eyni qaydada işləyəcəyik. Münasibətləri sıxlaşdırmaq, işləmək lazımdır. “Zenit” və “Spartak”la yaxşı münasibətlərimiz olacaq”.

Mənbə: Match TV

Daha çox xəbərlər