Bakıda “Range Rover”dən oğurluq edilib
Bakıda maşınlardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon, VAZ-2115 markalı bir avtomobildən 300 ABŞ dolları, VAZ-2104 markalı digər avtomobildən isə 400 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 32 yaşlı Mübariz Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

