ARAN Media GROUP “Milli Mətbuat günü” münasibətilə media işçilərini təbrik edir
Aazad medianın inkişafına yönələn siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən əsasıqoyulan, Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü görməsindən 148 il ötür. İlk nəşri 1875-ci ilin bu günündə həyavəsiqəalan“Əkinçi” nin cəmi 56 nömrəsi çapdan çıxmış, özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.
Böyük bir dövrü əhatə edən Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Zaman-zaman milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında demək olar ki, yeni mərhələnin əsası qoyuldu. Ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. KİV-lərə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib.
Xüsusi vurğulamaq lazımdır ki, jurnalist peşəsi yalnız dərin bilik deyil, həm də qeyri-adi istedad tələb edən çox vacib, maraqlı və mürəkkəb bir sənətdir. Həm də qərəzsiz məlumat bələdçisi olmaq jurnalistin əsas prinsiplərindən biri olmalıdır. Hadisələrin sürətlə cərəyan etdiyi müasir dövrdə insanlar üçün obyektiv və qərəzsiz bələdçi olmaq isə çox çətindir. Bütün bunlara nail olmaq istəyən qələm sahibinin öz dəsti-xətti, hadisələrə obyektiv baxışı, ən əsası isə vətəndaş mövqeyi olmalıdır. Bunun öhdəsindən yalnız peşələrinə sədaqət nümayiş etdirən, bütün çətin anlarda hər zaman öndə olmağı bacaran, yorulmadan çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər. Dünyanın müxtəlif yerlərində mətbuatın fəaliyyəti fərqli olsa da, onun əsas prinsipi eynidir – cəmiyyəti dürüst informasiya ilə təmin etmək. Bu gün peşə bayramlarını iş başında qeyd edən yüzlərlə jurnalist həm ölkə ictimaiyyətini informasiya ilə təmin edir, həm də vətəndaş mövqeyi sərgiləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması missiyasını yerinə yetirir.
Qeydetməkyerinədüşərki, 44 günlük Vətən Müharibəsində əldə olunan qələbədə mətbuatın da rolu danılmazdır. Şanlı Azərbaycan ordusunun cəbhədə qazandığı qələbə ölkədə fəaliyyət göstərən bütün mətbuat orqanlarını informasiya müharibəsində də üstünlüyün qorunub saxlanılmasına sövq etmişdir. Müharibə başladığı gündən cəsur mətbuat nümayəndələri cəbhə xəttində fasiləsiz informasiyanın ötürülməsində gecə-gündüz çalışmış, öz bacarıq və peşəkarlıqları ilə insanların dərin rəğbətini qazanmışlar. Bu mənada “ARAN Media” qəzeti də vaxtaşırı cəbhə xəttində cərəyan edən hadisələrin öz oxucularına obyektiv və qərəzsiz çatdırılmasında müstəsna rol oynamışdır.
Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 22 ildə mətbuat çox böyük nailiyyətlərə imzaatıb. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstəribvə hazırda demokratikləşmə, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də avanqard rolunu oynamaqdadır.Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Taməminlikləinanırvəümidedirikki, müstəqilmətbuatımızmüstəqildövlətçiliyimizin,milli-mənəvidəyərlərimizininkişafıistiqamətindəbundansonradaaparıcıqüvvəolacaq.
Bütün bu sevinc hissləri ilə xalqımızı və bütün mətbuat nümayəndələrini “Aran Media” GROUP adından bayram münasibətilə ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli, son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.

Şeyda Əzizova
“Aran Medi” GROUP -undirektoru

