Paytaxtın Qaradağ rayonunda ölüm hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, rayon ərazisində 60 yaşlı Şamil Xəlifov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağrılanda artıq vətəndaş ölmüşdü:
“Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.
Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb. oxu.az