“Bərdə rayon mərkəzi xəstəxanasının dünəni, bu günü ,son 2 ili və hədəflərimiz, 22 iyul Milli Mətbuat günü ” ilə bağlı geniş tədbir keçirildi.
21.07.2023 Bərdə RMX-da “Bərdə rayon mərkəzi xəstəxanasının dünəni, bu günü ,son 2 ili və hədəflərimiz, 22 iyul Milli Mətbuat günü ” ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin,Bərdə rayon Prokurorluğunun, Bərdə rayon Polis şöbəsinin , Ağsaqqallar şurasının üzvlərinin, media nümayəndələrinin,fəal gənclər və rayon ictimaiyyətinin digər təbəqələrinin iştirakı ilə geniş tədbir keçirildi.Tədbiri açıq elan edən Bərdə RMX-nın direktoru V.Məmmədov qonaqları salamlayaraq tədbirin mahiyyəti və planı haqda məlumat verdi.Son 2 il ərzində görülmüş bərpa və quruculuq, İlkin səhiyyə xidmətinin, cərrahi xidmətin,doğum evi xidmətinin təkmilləşdirilməsi, bu sahələrdə aparılan yeniliklər, digər qurumlarda mütamadi icra olunan müxtəlif sanitar maarif işləri,dispanserizasiya, Ana -uşaq məktəbinin qurulması və təlimlərin təşkili, Təcili yardim şöbələrinin yeni avadanlıq və funksional çarpayılarla təchiz olunması, 3 a səviyyə yeni labarotoriyanın qurulması və bir çox yeniliklər barəsində məlumat verərək , bundan sonrakı Bərdə RMX-nın hədəfləri və nəzərdə tutulmuş yeniliklər barəsində tədbir iştirakçılarını geniş məlumat verdi. Direktor çıxışının ortasında terapevtik işlər üzrə müavin L.Abbasov, Doğum evi üzrə müavin T.Bəşirova və cərrahi xidmətlər üzrə müavin vəzifəsinin müvəqqəti icraçısı B.Abbasova söz verdi, çıxışçılar iştirakçılara öz xidmətləri barəsində geniş məlumat verdilər. V.Məmmədov daha sonra Azərbaycanın görkəmli şəxsiyyətləri Həsən bəy Zərdabi, Hacı Zeynalabidin Tağıyev, Hüseyn Cavid və Mirzə Ələkbər Sabir haqqında danışdı, onların Azərbaycan tarixindəki dərin izi haqqında ətraflı məlumat verdi. Hüseyn Cavidin 1937-ci il repressiya zamanı və bundan sonrakı həyatından və 1986-ci ildə Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə SSRİ dövründə həyat yoldaşı ilə birlikdə naaşının ölkəmizə gətirilib dəfn edildiyi xatırlandı. Bununlada Heydər Əliyevin təkcə Hüseyn Cavidin naaşını deyil, eyni zamanda Hüseyn Cavidin turançılıq, yaşamçılıq ideallarının, onun irsinin, yolunun, dəsti-xəttinin Azərbaycana gətirdiyini qeyd etdi və Ümummilli Liderin bizə bu irsə sahib çıxmağı hədəf olaraq göstərdiyini iştirakçıların nəzərinə çatdırdı.
Sonra media nümayəndələrinə təşəkkürnamələr verildi.Sonda şəhidlərimizin və Görkəmli şəxsiyyətlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdən sonra qonaqlar görülən işlər ilə bağlı tənqid və təşəkkürlər xarakterli müzakirələrini çay süfrəsində səmimi söhbətlə də davam etdirdilər.
Bərdə RMX ailəsi olaraq,
22 iyul Milli Mətbuat günü münasibətilə bütün mətbuat əməkdaşlarını təbrik






