Cəmiyyət 

Böyük Qayıdış: “Laçına çatanda ayaqyalın gedib, torpağımı öpəcəyəm” – YENİLƏNİB + FOTO/VİDEO

Laçına növbəti köç prosesi davam edir.

Daha 22 ailə – 79 nəfər dədə-baba torpaqlarına qayıdır. Onların arasında uşaqlıq, gənclik illərini Laçında keçirənlər də var, bu doğma yurdu heç görməyənlər də.

30 illik həsrətin bitməsinin sevincini yaşayan laçınlılar öz hisslərini Baku TV ilə bölüşüblər.

“Laçına çatanda 10 metr ayaqyalın gedib, torpağımı öpəcəyəm”, – Laçın sakini söyləyib.

Qeyd edək ki, indiyədək Laçına “Böyük Qayıdış” layihəsi əsasında bir neçə dəfə köç olub. Bugünkü köçlə Laçına dönən ailələrin sayı 133-ə çatıb, 503 nəfər ata-baba yurduna qovuşub.

Daha ətraflı Baku TV-nin süjetində:

08:48

Bu gün Laçına daha bir neçə ailənin köçürülməsinə başlanıb.

“Report” xəbər verir ki, bu gün 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu Park – 3” yaşayış kompleksindən Laçına yola salınır.

İndiyədək Laçına “Böyük Qayıdış” layihəsi əsasında bir neçə dəfə köç olub. Bugünkü köçlə Laçına dönən ailələrin sayı 133-ə çatıb, 503 nəfər ata-baba yurduna qovuşub.

Daha çox xəbərlər