Hadisə 

Salyanda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var – YENİLƏNİB

Ələt-Astara magistral yolunda qəzada yaralanan altı nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

“Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan altı nəfər (beşi kişi, biri qadın) TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda beş nəfərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərin vəziyyətləri orta ağır, stabildir”, – deyə məlumatda qeyd olunur.

08:45

Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananlar var.

“Report”un Aran bürosunun məlumatına görə, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.

Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.

1974-cü il təvəllüdlü Yaqut Gülbala qızı Nəsirova, 1964-cü il təvəllüdlü Şahin Mirzəbala oğlu Əliyev, 1995-ci il təvəllüdlü Amil Tapdıq oğlu Musazadə və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər