Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır – YENİLƏNİB
Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 24-də saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
00:58
Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində kater qəzaya uğrayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, bu gün axşam saat 21 radələrində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

