Goranboydakı qəzada xəsarət alanların kimlikləri BİLİNDİ – YENİLƏNİB + FOTO
Goranboyda qəzada xəsarət alanların sayı altıya çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Şəmkir rayon sakinləri – 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
01:42
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.
Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

