Cəmiyyət 

Lənkəranda zəlzələ olub – YENİLƏNİB + FOTO

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4,9, dərinliyi isə 10 km olub.

11:14

İyulun 26-ı saat 11:03 radələrində Xəzər dənizində zəlzələ baş verib.

ARANTV.AZ-ın xəbərinə görə, yeraltı təkanlar 4,6 bal gücündə olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

 

Daha çox xəbərlər