Hava 

İyulun ikinci ongünlüyündə orta temperatur ötən ildəkindən aşağı olub

Respublikanın əksər bölgələrində iyul ayının ikinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim norması daxilində, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º aşağı olması ilə səciyyələnib.

ARANTV.AZ  xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25º, Qarabağ bölgəsində, Mil – Muğan və Mərkəzi Aranda 25-26º, Lənkəran – Astara bölgəsində 24º, Gəncədə və Goranboyda 25-27º, Tovuz- Qazaxda 17-25º, Quba və Dağlıq Şirvanda 21-22º, Şəki – Zaqatalada 22-25º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 9º, Naxçıvanda, Qubada, Şəki-Zaqatala bölgəsində və Dağlıq Şirvanda 15º, Mil-Muğanda 19º, Mərkəzi Aranda 17-18º, Qarabağ bölgəsində, Tovuz- Qazaxda və Gəncədə 17º, Maştağada 20º təşkil edib.

Daha çox xəbərlər