Hadisə 

500 manatlıq dondurma oğurlandı

Bakıda 500 manat dəyərində dondurma oğurlayan şəxs saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Daha çox xəbərlər