Cəmiyyət 

Yağ-bal içində yaşamırıq – Təqaüdçü xalq artistləri narazıdır

Əfsanəvi sovet artistlərinin təqaüdlərinin məbləği məlum olub.

ARANTV.AZ xəbər verir ki, rusiyalı şoumen Denis Sorokin jurnalistlərə müsahibəsində bütün məşhur sovet incəsənət xadimlərinin yağ-bal içərisində yaşamadığını, hətta bəzilərinin maddi durumunun çox aşağı olduğunu bildirib. Bu barədə KP.RU saytı məlumat yayıb.

Sorokin 90-cı illərin ulduzu, müğənni Anastasiyanı misal çəkib: “İndi onun konsertləri azdır və kifayət qədər iş stajı olmadığı üçün pensiya almır. İşini yanğın nəticəsində itirib”.

O həmçinin bildirib ki, “Əbədi Zəng”in ulduzu Tamara Syomina bir vaxtlar “xalq artisti” adı üçün verilən 30 min rubulluq təqaüddən imtina etdiyinə görə, 17 min rubl pensiya ilə yaşamaq məcburiyyətində qalıb.

Nikolay Karaçentsovun dul arvadı Lyudmila Porgina 17 min rubl pensiya və tituluna görə əlavə 30 min rubl, həmçinin Lenkom teatrında 40 min rubl maaş alır. O, təqaüdlə əlavəni normal hesab etsə də, teatrdakı maaşdan narazıdır. Porginanın sözlərinə görə, ona filmlərdə rollar təklif olunduğuna görə teatrdakı işindən ayrılmaq qərarına gəlib.

Daha çox xəbərlər