Azərbaycan Türkiyə ilə qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib – FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla görüşərək onunla qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib.
Bu barədə nazir “Twitter” hesabında bildirib.
“Görüşdə Azərbaycan-Türkiyə birliyinin ölkələrimizin iqtisadi münasibətlərinin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

