Dünya 

Rusiyada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

Altayda helikopterin qəzaya uğramasının anbaan görüntüləri yayılıb. Kadrlardan aydın olur ki, “Mi-8”in enişi zamanı hər şey normal olub. Lakin hansısa anda pərlər elektrik naqillərinə ilişib, helikopter yerə çırpılıb və alışıb.

Qeyd edək ki, son məlumatlara görə, təyyarədə 16 nəfər olub, onlardan altısı həyatını itirib, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

13:56

Altay Respublikasında (RF) helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, göyərtəsində sərnişinlərin olduğu “Mi-8” helikopteri Ust-Koksa rayonunun Tyunqur kəndinə eniş zamanı elektrik naqillərinə dəyib, yerə düşüb və yanıb.

“Təyyarədə 13 nəfər olub – onlardan altısı yerindəcə ölüb, daha yeddi nəfər yaralanıb”, – deyə məlumatda vurğulanıb.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

 

Daha çox xəbərlər