Belə də aclıq olar? FOTO
Açıq və işlək vəziyyətdə olan Ağdam-Xankəndi yolundan istifadə etmək Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üçün daha sərfəlidir

Ermənistanın Qarabağdakı ermənilərə humanitar yardım aparmaq cəhdi siyasi spekulyasiya, şantaj və beynəlxalq ictimaiyyət üçün qurulan bir şoudur. Bunu sübut edən o qədər fakt var ki, onlardan sadəcə birini xatırlatmaq yetərlidir ki, saxta şou ifşa olsun. Belə ki, Azərbaycan tərəfi “blokada”, “aclıq” iddialarını boşa çlxaran fakt qoyub ortaya. Ağdam-Xankəndi yolundan istifadə etməklə ərzaq daşınması həyata keçirilə bilər. Əgər bağlıdirsa, “humanitar böhran” yaşanırsa niyə Ağdam yolundan istifadə etmirlər? Deməli, məqsəd başqadır.
Nəyə görə Ermənistanın idxal etdiyi məhsulların Azərbaycan ərazisinə gətirilməsinə icazə verilməlidir?

Ağdam-Xankəndi yolundan istifadə etmək Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üçün daha sərfəlidir. Həm məsafə, həm zaman, həm də qiymət baxımından Ağdam yolundan istifadə etmək Qarabağda yaşayan ermənilərin maraqlarına tam uyğundur. Bu qədər uzun məsafə qət edib ərzaq gətirməkdənsə, onu elə Ağdamdan da tədarük etmək olar. Axı, kim baha qiymətə və uzaq məsafədən ərzaq tədarük etmək istəyər ki?! Nəyə görə Ermənistanın idxal etdiyi, Ermənistanın qazandığı məhsulların Azərbaycan ərazisinə gətirilməsinə icazə verilməlidir? Hansı müstəqil dövlət bununla razılaşar? Üstəlik Azərbaycan yol da təklif edir, dəstək də. Axı, Ermənistandan gələn ərzağın Azərbaycandan gələn ərzaqdan fərqi, üstünlüyü nədir? Nəyə görə Azərbaycan Ermənistanın bu təxribatlarına göz yummalı, bu qanunsuzluğun davam etməsinə dözməlidir. Bu məsələdə Ermənistan tərəfinin və ona dəstək verənlərin heç bir tutarlı arqumenti yoxdur. Ona görə şou düzəltmək və bununla ictimai rəy formalaşdırmağa çalışırlar.
Xankəndidə kef edirlər

Bir neçə gündür Ermənistan hakimiyyəti, onların xarici havadarları və Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyən bir sıra təşkilatlar Qarabağda yaşayan erməni əhalinin guya humanitar böhranla üz-üzə qalması barədə yalançı şou yaradıblar. Amma Xankəndidə və ətraf ərazilərdə yaşayan erməni əhalinin sosial şəbəkələrdə paylaşdığı görüntülər isə tam əksini deyir.

Xankəndidə toy mərasimi keçirən, kafe və klublarda əylənən erməni sakinlərin səhifələrində yerləşdirdiyi fotolar şəhərdə humanitar problemin olmadığını göstərir. Öz gündəlik həyatlarını sürən Xankəndi sakinlərindən görünür hansısa siyasi maraqların aləti kimi istifadə edilir.

Digər tərəfdən erməni bloger Roman Baqdasaryanın bir neçə gün öncə söylədiyi fikirlər də “şou”nun effektini kifayət qədər aşağı salıb. Baqdasaryanın dediklərini yada salaq: “Bu gün eşidirəm ki, guya Qarabağda siqaret yoxdur. Rəsmi şəkildə bildirirəm ki, bu yalandır. Vardanyan, Nersisyan və Arutyunyan qələt edib deyirlər ki, Qarabağda siqaret yoxdur. Bir həftə əvvəl Vitali Balasanyanı həbs edib, bir gün sonra da buraxdılar. Bilirəm ki, təkcə 50 min ədəd humanitar yardımla verilən siqaret Balasanyanda aşkarlanıb. Cənab qarabağlılar, 50 min siqaret Balasanyanda aşkarladılar. Hansı siqaret yoxluğundan danışa bilərik ki? O siqaretləri ki Balasanyan “hakimiyyətlə” birgə qocalara 900 drama satırdı? Hara yox oldu bu humanitar yardımla verilən 50 min siqaret? Araik, niyə süni problem yaradırsan? Çıxart o siqaretləri, ver əhaliyə. Qarabağın bütün kəndləri ərzaqla doludur. Aclıq deyilən şey yoxdur. Aclıq süni şəkildə yayılır. Araik və Ruben deyilən o əclaflar Ermənistandan aldıqları milyardlar hesabına kifayət qədər benzin almalı idilər ki, bu ərzaqları Xankəndiyə çatdırsınlar. Sən Araik deyirsən ki, Qarabağda yeni kartof yoxdur. Sən ermənilərə demək istəyirsən ki, Qarabağda buğda yoxdur. Sən Qarabağda doşabın olmadığını deməklə kimi aldadırsan? Qarabağda balonlarla doşab yığılıb”.
Bəs deyirdiniz aclıqdır, böhrandır? Nooldu? Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı təklifinə Ermənistanın və Qarabağdakı separatçıların münasibəti rasizmdir, Xankəndi sakinlərini siyasi maraqlar üçün alət kimi istifadə etməkdir.
Anar Miriyev, “İki sahil”













