Azad edilən ərazilərdə 10-a yaxın məscid inşa olunur
“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var:
“Məscidlərlə yanaşı kilsələr də təmir olunur. Onlar erməni işğalçılar tərəfindən amansızlıqla dağıdılıb. Mən görürəm ki, cənab prezident o yerlərə qarşı çox diqqətlidir”.

