Hadisə 

Bakıda qadınlar arasında KÜTLƏVİ DAVA: Xəsarət alan var

Bakıda qadınlar arasında kütləvi dava olub.

 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsində qeydə alınıb.

 

Bir qrup qadın arasında düşən davada 1971-ci il təvəllüdlü Aybəniz Əlibəyova döyülüb.

 

Hadisə barədə polisə məlumat verilib.

 

Hazırda polis A.Əlibəyovanı döyən qadınların müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Daha çox xəbərlər