Balakəndə yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanların adları AÇIQLANDI – YENİLƏNİB
Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, yaralananlar Balakən rayonu Tülü kənd sakinləri – 1957-ci il təvəllüdlü Nərman Tahir oğlu Tahirov, 2007-ci il təvəllüdlü İsgəndər Nərman oğlu Tahirov və 1991-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Sənan Elmar oğlu Abakarovdur.
19:32
Balakən rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların müayinəsi təmin olunur, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

