Hadisə 

Bakıda kişi özünü evin qapısının çərçivəsindən asıb

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Təbriz Yusib oğlu Yaqubov yaşadığı evin qapısının çərçivəsindən özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər