Hadisə 

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2 575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9 200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar.

Fakt üzrə araşdırma aparılır.

Daha çox xəbərlər