Dünya 

Moskva vilayətindəki güclü partlayışın detalları məlum oldu – YENİLƏNİB + VİDEO

Moskva vilayətinin Voskresenski rayonundakı oksigen-akkumulyator anbarında baş vermiş partlayışın bəzi detalları məlum olub.

Yerli bələdiyyənin rəhbəri Aleksey Malkinin sözlərinə görə, anbarda partlayışdan sonra əmələ gələn yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar göndərilib.

O, 122 ton su və 4,5 ton köpük konsentratının olduğu çənlərə malikdir.

Məlumata görə, yanğınıın sahəsi 400 kvadrat metrdir.

Artıq yeddi nəfər ərazidən təxliyə edilib. Ölən və yaralananların sayı hələlik məlum deyil.

Mənbə: TASS

17:52

Rusiyanın Moskva vilayətinin ərazisində yerləşən akkumulyator istehsalı sexində güclü yanğın baş verib.

Rusiya mətbuatı xəbər verir ki, yanğının sahəsi 300 kvadratmetr ərazini əhatə edir.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Mənbə: Baza

Daha çox xəbərlər