Hadisə 

Səbaildə 66 yaşlı kişini qonşusu bıçaqlayıb

Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

“Report”un məlumatına görə, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Şirxan Ədil oğlu Hacıyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər