Siyasət 

Böhtan dağarcıqları

Qərbin «beşinci kolon» ssenarisinin əsas oyunçularından olan və getdikcə radikallaşan  AXCP sədri Əli Kərimlinin partiyasında yaranan qaşıdurmalar «islahatçı sədr»in qürub günlərinin yaxınlaşdığından xəbər verir. Əli Kərimlinin və yaxın ətrafının  radikal dini qurumlarla, ermənilərlə yaxınlığından narazılıqlarını istefa verməklə  bildirən partiyanın təkəm-seyrək üzvləri  Əli Kərimlinin avtoritarizmindən,  partiyalararası münaqişələr  yaratmaq əməllərindən də bezib, cana doyular.  Əli Kərimlinin başçılıq etdiyi  «beşinci kolon» un sosial bazadan məhrum olması, «Milli Şura»da  çəkişmələrin davam etməsi ilə yaranan hərc-mərclik artıq aqressivliklə nəticələnir.
Azərbaycana qarşı  təxribatlarını  əməkdaşı olduğu  « Azadlıq” radiosu» vasitəsilə  aparan Xədicə İsmayılı da əvəz edən Əli Kərimli indi «Osmanqızı TV»də «məskunlaşaraq» cəfəng bəyanatlarla çıxış edir. İctimaiyyət arasında  tanınmış  insanlara  açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz  yalanlar yayır.  Azərbaycanı istəməyən  kənar qüvvələrin,  xarici dairələrin oyuncağına çevrilən Əli Kərimlinin və dövlətçilik barədə   elementar anlayışı olmayan satqın trollar dəstəsinin yalan və böhtanlarına inanan,  siyasi savadı olmayanları mitinqlərə çağırmaqda belə çətinlik çəkən «islahatçı sədr» zorla ələ keçirdikləri  AXC-Müsavat dövründəki  iqtidarlıq dövrünün xiffətini çəkir.  O dövrdə  iqtidarda layiq olmadığı  dövlət  katibi kimi məsul vəzifəyə yiyələnən, Azərbaycanı parçalanmaq həddinə gətirən  Əli Kərimlinin və komandasının yalanlarına inanmayanları sosial şəbəkələrdə təhqir edən trollar da  sədrləri kimi xəyanətkardırlar. Çünki «dövlət katibi» kimi « respublikada  mafioz qüvvələr  güclənir, onlar demək olar ki, ölkəni idarə edirlər» söyləyən Əli Kərimlinin hazırkı iqtidar barədə böhtan yağdırması gülüncdür. O dövrdəki baş prokurorun «iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur», Ali Məhkəmə sədrinin « Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir» sözləri bilavasitə  dövlət katibinin yarıtmaz xidmətinin ifşasıdır.  O günləri yaddan çıxaran Əli Kərimlinin bu gün obyektivlikdən, demokratiyadan danışmağa  haqqı yoxdur. Bu gün kənardan  aldığı qrantlar hesabına milli mənsubiyyətini hərraca çıxaran Əli Kərimli hakimiyyət ambisiyalarını təmin etmək üçün  anti-Azərbaycan dairələrə ölkəmizlə bağlı yalan informasiyalar göndərməsi də  köhnə vərdişin davamıdır.  Radikalların xəyanətkarlıqlarının,  aqressivliklərinin artmasının səbəbi  acizliklərini etiraf etmək  cəsarətlərinin olmamasıdır. Siyasi naşılıq və vətənpərvərliyin, konstruktivizm qabiliyyətinin olmaması, hakimiyyət hərisliyi, hadisələrə dövlətçilik təfəkkürü mövqeyindən qiymət verməyi bacarmamaq və xaricdəki antiazərbaycan qüvvələrindən asılılıq nəticəsində radikal müxalifət hökumətə qarşı mübarizəni dövlətin maraqlarına qarşı çevirmək Əli Kərimlinin, «Milli Şura»nın şüursuz sədri Cəmil Həsənlinin  gündəlik iş prinsipidir.  Ölkəmizdə baş verən yenilikləri, inkişafı inkar etməklə illərdən bəri  «nə qədər pis olsa, bir o qədər yaxşıdır”» prinsipinə uyğun qarayaxma  əməllərini davam etdirən bu səbatsızlar üçün Vətən, torpaq, yurd məfhumu xəyanətdən qaralmış şüurlarında pas atmışdır.

Siyasi uğursuzluqlarının və ambisiyalarının perspektivsizliyini başa düşən AXCP üzvlərinin sədrlərinə  etirazlarının bir səbəbi də Əli Kərimlinin erməni dayılarına  sonsuz  məhəbbətinin  artmasıdır.  Dünya siyasətinin gündəmində olan, Xankəndi separatçılarının  uydurma  ssenarisi əsasında  təşkil edilən  «humanitar böhran»ın xiffətindən əriyən  AXCP sədri Əli Kərimlinin  yurdu viran qalıb.  Əli Kərimli kimilər xalqımızın mənafeyini  müdafiə etmək əvəzinə Laçın sərhəd-buraxılış məntəqəsində düzəldilən şouda  Azərbaycanı təqsirləndirir, məsələ ilə bağlı  havadarlarına yalan informasiyalar ötürürlər. Təki qrant payları artıq olsun.  Ermənilərdən daha artıq canfəşanlıqla  Xankəndinin Ermənistana məxsus olduğunu bildirən  Tofiq Yaqublu kimi   «Milli Şura»nın sədri Cəmil Həsənli  də «Soros Fondu»ndan aldığı 200 dollar müqabilində  milli heysiyyətini  hərraca çıxarıb.  Səsi hərdən bir ölkədən gələn, millilikdən kənar quruma  sözdə rəhbərlik edən, əslində isə Əli Kərimlinin «cibi» adlandırılan  Cəmil Həsənli kimi şuranın  erməni xislətli üzvləri hayların arzularının gerçəkləşməsinə  can-başla xidmət edirlər.

Müxtəlif ölkələrdə  törədilən rəngli inqilabların müəllifi kimi tanınan Sorosun məvacibinə  göz dikənlər  istər-istəməz aldıqları qrant müqabilində  anti-Azərbaycan təxribatlarını davam etdirməlidirlər.   Vicdanlarını belə ağalarına icarəyə verən bu antimillilər  ölkəmizdə  sabitliyin pozulması üçün  aldıqları külli miqdarda qrantı  aksiya və mitinqlərin keçirilməsinə sərf etməyə çalşsalar da, niyyətləri baş tutmadı, bütün cəhdləri boşa çıxdı. Xalqın nifrətini qazanan əlikərimlilər, cəmilhəsənlilər bir dəfə də olsun Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq  işlərindən bəhs etməmişlər. Bütün dünyanın heyrətlə  izlədiyi inkişafın Azərbaycan modelinin sürətindən gözləri qapanan, Sorosla əməkdaşlıq edən bu xəyanətkarlar Azərbaycanın milli maraqlarına , dövlətçiliyimizin, müstəqilliyimizin  qorunmasına   qarşı çıxaraq xalqımızın istəklərinin üzərindən belə xətt çəkirlər.

Daşnak düşüncəli ,  «Qarabağ ermənilərinə status verilməsini» separatçılardan artıq tələb edən Tofiq Yaqublu «Zəngəzur dəhlizinin açılmasını siyasi   avantüra» adlandırır. Meşəlidə   kənd sakinlərinə qarşı  qətliam törədən cəllad Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində həbsini  «Azərbaycan məhkəməsinin siyasiləşdirilməsi» kimi qələmə verən əlikərimlilər üçün Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissədə qulluq edən, yararsız hava şəraitində yolu itirərək  Ermənistan tərəfə keçən iki əsgərimizin taleyi maraqlandırmır. Laçın sərhəd –keçid məntəqəsində  xarici təşkilatların nümayəndələrinin  ermənilərə dəstək fonunda  yaranan gərginlikdən belə narahat olmayan bu antimillilər Azərbaycanın qətiyyətli mövqeyini  erməni təəssübünə dəyişirlər. Amma unudurlar ki,  30 ilə yaxın Ermənistanın  işğalı altında  qalan torpaqlarımızı 44 gündə azad edən Azərbaycan  separatçılara da   lazımi cavablarını verəcək, yerlərini göstərəcək.

Hazırda  Əli Kərimlini, Cəmil Həsənlini, Tofiq Yaqublunu  düşündürən əsas məsələ nə yolla olursa –olsun daha çox qrant qazanmaqdır. Xəyanət  bazarında  satışa çıxarılan məhsullar isə  milli xəyanətkarların pas bağlamış vicdanlarıdır. Ermənipərəstlərin pulu ilə Azərbaycana  qarşı hansı məkrli niyyət düşünülür, qərəzli plan cızılırsa, Əli Kərimli o planın sapı, icraçısıdır.  Vaxtilə dünya bazarında neftin qiymətinin 14 dollara düşməsini toy-bayram kimi qeyd edən  satqın «şura”çıların» xəyanətlərini saymaqla bitməz. Hələ də  təxribat maşınlarını anti-Azərbaycan ruhu ilə idarə edənlərin  əbədi qazancı isə Azərbaycan xalqının nifrətidir.

Daha çox xəbərlər