Həyatı iflic edən bəla
İsmayıllı rayonunda narkomaniyaya qarşı mübarizə tədbirləri davamlıdır
Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.
İsmayıllı rayonunda keçirdiyimiz bütün maarifləndirmə tədbirlərində vətəndaşları narkotiklərdən uzaq olmağa cağırırıq.
İsmayıllı rayonu coğrafi mövqeyinə görə narkotik bitkilərin təbii şəkildə yayılma arealına daxildir. Sovetlər dövründən rayonun ərazisində narkotik bitkilərin becərilməsi, satılması faktları mövcud olmuşdur. Ən qəribəsi isə budur ki, bəzən insanlar nə olduğunun fərqinə varmadan, tətbiqini və vurduğu zərərləri bilmədən narkotik bitkilər becərmişlər. Müasir informasiya texnologiyalarının inkişaf etməsi nəticəsində insanlar bu vasitələrin zərərli olduğunu öyrəndilər.
2019-2024-cü illər üçün Dövlət Proqramında yerli icra hakimiyyətləri üçün bəndlər müəyyənləşdirilmişdir. Bəndlərin Dövlət Proqramı üzrə icrası Rayon Komissiyası və Hüquq şöbəsi tərəfindən əməl edilməklə, tam icra olunmuşdur.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan Dövlət Proqramının icrasna dair RIH-nə daxil olmuş məktubların icrası vaxtında cavablandırılmış, İşçi Qrupu ilə daim sıx əlaqəli iş aparılmışdır. Görülmüş işlərin icrası Rayon İcra Hakimiyyətinin elektron poçt və facebook səhifəsində, “İsmayıllı xəbərləri” qəzetində geniş işıqlandırılmışdır.
12.05.2023-cü il tarixdə RİH-nin təşkilatçılığı ilə 7 saylı şəhər tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə İsmayılı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Dini Qurumların Şamaxı bölgəsi üzrə nümayəndəsi iştirak etmişdir. Əsrin bəlası olan narkomiyanın zərərlərindən bəhs edən video-çarx nümayiş etdirilmişdir.
02.06.2023-cü il tarixdə RİH-nin və İsmayılı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 4 saylı şəhər tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə əsrin bəlası olan narkomiyanın zərərlərindən bəhs edən video-çarx nümayiş etdirilmişdir.Narkomaniyaya qarşı mübarizəyə dair tədbirin iştirakçıları öz fikir və təkliflərinin bildirməklə, tədbir qarşılıqlı dialoqla yekunlaşıb, tədbirin iştirakçılarına bukletlər, əyani vəsaitlər paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə 08 iyun 2023-cü il tarixdə 26 iyun Narkomaniyaya Mübarizə Günü ərəfəsində İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Sağlam gələçək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə İsmayıllı RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova, İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasəti, narkotik aslılıq, onun psixoloji səbəbləri və məktəbdə və təhsil ocaqlarında görülməli işlər, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə qanunvericiliyin müddəalarından məlumat verilmişdir.Tədbirdə təhsil sektorunun əməkdaşı, Qafqaz Müsəlmanlar İdarəsinin İsmayıllı üzrə səlahiyyətli nümayəndəsi, İsmayılı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları da iştirak edərək mövzu ilə bağlı fikirlərini bildirmişlər.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cu illər üçün Dövlət proqramının 4.4.14-cu bəndinin icrası ilə bağlı Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasına narkotiklərin məhv olunması ilə bağlı İsmayıllı Rayon Məhkəməsindən və digər məhkəmələrdən 8 ay ərzində 13 icra vərəqəsi daxil olmuşdur.
Əvvəlki dövrlər üçün RİH-nə icra və probasiya şöbəsindən daxil olmuş icra vərəqələri 2005-ci il 28 iyun tarixli 961 saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmiş, miqdardan artıq olan icra vərəqələri aidiyəti olaraq geri qaytarılmışdır.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cu illər üçün Dövlət proqramının 4.4.14-cu bəndinin icrası ilə bağlı “xaş-xaş-2023” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin keçirilməsi nəticəsində, 12.07.2023-cü il tarixdə Xanagah kəndinin inzibati ərazisində, “Ax-ox” çayının sol sahilində yabanı halda bitmiş, ümumi çəkisi 1349 kq təşkil edən, 1989 ədəd narkotik tərkibli çətənə bitki kolları İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və yandırılaraq məhv edilmişdir.
Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
Rasim Rəhimov,
İsmayıllı RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri v.i.e

