Zaqatalada kollecdə başlayan yanğın söndürülüb – YENİLƏNİB + FOTO
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın artıq söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Verilən məlumata görə, ümumi sahəsi 500 kvadratmetr olan birmərtəbəli binanın (250 kvadratmetr sahədə idman zalı və 250 kvadratmetr sahədə mətbəx) dam örtüyünün yanar konstruksiyaları 450 kvadratmetr sahədə, idman zalının yanar konstruksiyaları 100 kvadratmetr sahədə və içərisində olan avadanlıqlar qismən yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01:15
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın kollecin ümumi sahəsi 500 kvadratmetrlik hissəsində olub.
Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.
Yanğın gecə saat 00:16-da tam söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün 450 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

