Cəmiyyət 

Su anbarında boğulan Hüseynin atası: “Yeyib-içməyə getmişdilər, çiməcəklərini deməmişdi” – VİDEO

“Dünən ad günü idi. Uşaqlarla yeyib-içməyə getmişdi. Çiməcəklərini deməmişdi”.

Bunu avqustun 4-də Mingəçevirdə, Kür çayında boğulan Hüseyn Qurbanovun atası Məhərrəm Qurbanov oğlunun dəfn mərasimində deyib.

Atanın sözlərinə görə, gecə saatlarında ona övladının batması xəbərini veriblər: “Beş nəfər olublar. Ancaq oğlumla onun dostu Onur çimib”.

Qeyd edək ki, çayda boğulanlar –  H.Qurbanov orta məktəbi bu il bitirib, 16 yaşlı Onur Oruclu isə 11-ci sinif şagirdi idi. Gənclərin hər ikisi Yevlax rayon sakinləridirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Daha çox xəbərlər