Gündəm 

10 noyabr sənədi sülh razılaşması deyil

Bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə  müdafiə edən Heydər  Əliyev siyasətininin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.

Ali Baş Komandamızın qətiyyətli mövqeyi nəticəsində Müzəffər Ordumuz  30 illik işğala son qoydu. 44 günlük “Dəmir yumruq” Şanlı Qələbə əldə etdi.

Dərin biliyə,yüksək mədəniyyətə,əsl liderə məxsus dünyagörüşə malik olan cənab Prezidentimiz istər müharibə dövründə, istərsə  də müharibədən sonrakı dövrdə bununla bağlı müsahibələr vermiş,hətta bəzi jurnalistlərin təxribat dolu suallarını,tarixi faktlar və sübutlarla cavablandırmışdır.

Bunlardan biri də iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibə olmuşdur. Müsahibədə diqqət edilən məqamlardan biri də 2020-ci il noyabrın 10-da imzalanmış sənədin sülh sazişi deyil, Bəyanat olması, Ermənistanın kapitulyasiya aktı olmasıdır. Prezidentimizin də vurğuladığı kimi Bəyanatdan sonra sülh sazişinin prinsipləri müəyyən edilmişdir. Onlar ərazi bütövlüyünü,suverenliyin və beynəlxalq sərhədlərin qarışılıqlı tanınması,sərhədlərin delimitasiyası,gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

Bəyanatın nəticəsi olaraq, Ağdam rayonu 20.11.2020, Kəlbəcər rayonu 25.11.2020, Laçın rayonu 01.12.2020 Azərbaycana qaytarıldı. Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarlığı  İdarəsinin nəzarəti altında Qarabağ ərazisinə  və ona bitişik ərazilərə qayıdırlar. Bölgədəki bütün iqtisadi  və nəqliyyat  əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycan qərb bölgələri Naxçıvan Muxtar Respublikası arasında  əlaqələrini təmin edir.

Prezidentimizin  Şuşada keçirilən  Beynəlxalq Media Forumunda yüzdən artıq xarici media nümayəndəsinin qarşısındakı çıxışı,faktlara istinad etməklə müqayisəli şəkildə cavablandırması, “Euronews”a verdiyi müsahibə qlobal medianın gündəminin ən önəmli mövzularından birinə çevirmişdir.

Şəhla Muradova, 
Bakı şəhəri, Xətai rayonu, 263 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP  Xətai rayon təşkilatının üzvü

Daha çox xəbərlər