Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Xatırladaq ki, bundan öncə, avqustun 1-i saat 20:45-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilmişdi.

Daha çox xəbərlər