Şirvan sakinini qatar vurub

Şirvan sakinini qatar vurub

Şirvanda 27 yaşlı gənci qatar vurub.

ARANTV.AZ  xəbər verir ki, hadisə Şirvan şəhərinin mərkəzindən keçən dəmir yolunda qeydə alınlb.

Eşitmə qüsurlu Şirvan sakini, 1996-cı il təvəllüdlü Arifli Asəf Adışirin oğlunu qatar vurub. 27 yaşlı gənc ağır müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.