Hadisə 

Sabirabadda bir tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaşxaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər