Oğuzda poçtun ərazisindən kişi meyiti tapılıb

Oğuzda poçtun ərazisindən kişi meyiti tapılıb

Oğuz rayonunda Qəbələ sakininin meyiti tapılıb.

ARANTV.AZ xəbər verir ki, Oğuz rayonu Dəymədərə kəndi ərazisində poçt məntəqəsinin arxasından Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü Məmməd Robel oğlu İbrahimovun meyiti tapılıb.

Məlumata görə, 60 yaşlı Məmməd İbrahimov Dəymədərə kəndində müvəqqəti yaşayıb. O, tüfeyli həyat tərzi sürüb.