YAP Bərdə rayon təşkilatında “Heydər Əliyev il” çərçivəsində “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.
10 avqust 2023-cü il tarixdə YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektoru birgə təşkilatçılığı ilə “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.
Dövlət gənclər siyasətindən irəli gələn tədbirlərdə göstərdiyi fəallığa görə bir qrup gənc Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.







