Hadisə 

Hərbçilər Şükür Həmidovun atasının dəfnində iştirak etdilər – YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidovun dəfn mərasimində iştirak edib.

ARANTV.AZ xəbər verir ki, hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyinin başsağlığını mərhumun yaxınlarına çatdırıblar.

Qeyd edək ki, Milli Qəhrəmanımızın atası Nəriman Həmidov bu gün 90 yaşında vəfat edib.

16:53

Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan polkovnik Şükür Həmidovun ailəsinə ağır itki üz verib.

ARANTV.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov vəfat edib.


(Milli Qəhrəman Şükür Həmidov)

Daha çox xəbərlər