Avropa çempionatında yeddi medal qazanan Azərbaycan paracüdoçuları Vətənə qayıtdılar
Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar.
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, paracüdoçular qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

