Yevlaxda “Mercedes” yandı
Yevlaxda maşın yanıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yevlax şəhərinin Yuxarı Bucaq kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqda dayanan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

