Bakıda havanın temperaturu iqlim normasından 5,2 dərəcə yuxarı olub – FAKTİKİ HAVA

Bakıda havanın temperaturu iqlim normasından 5,2 dərəcə yuxarı olub – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 12-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5,2 dərəcə yuxarı olub.

Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-də və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.