Hadisə 

Qəbələnin Solquca kəndindəki yanğın söndürüldü – YENİLƏNİB

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:14

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

“Report”un məlumatına görə, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Daha çox xəbərlər