Cəmiyyət 

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları müvəqqəti ləğv edib

BMT Təhlükəsizlik Şurası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Koreya Xalq Demokratik Respublikasına (KXDR) çadırların idxalına icazə verən sanksiyaların müvəqqəti ləğvini təsdiqləyib.

ARANTV.AZ  “interfax.ru”ya istinadla xəbər verir ki, sanksiyalardan azad olunma 9 ay müddətində qüvvədə olacaq. Lakin malların KXDR-ə nə vaxt çatdırılacağı bəlli deyil, çünki Pxenyan hələ də COVID-19 pandemiyası səbəbindən çox ciddi sərhəd nəzarətinə malikdir.

Daha çox xəbərlər