İdman 

İtaliya millisinin yeni baş məşqçisi kim olacaq? – İki namizəd

Roberto Mançininin postunu tərk etməsindən sonra futbol üzrə İtaliya millisinin baş məşqçi postuna namizədlər bəlli olub.

Yığmanın yeni çalışdırıcısı Antonio Konte və ya Luçano Spaletti ola bilər.

2014-16-cı illərdə milliyə rəhbərlik etmiş Konte martda İngiltərənin “Tottenhem” klubundan ayrıldıqdan sonra işsizdir. Spaletti isə ötən mövsüm “Napoli” ilə A seriyasını qazanıb və yayda komandanı tərk edib.

Xatırladaq ki, Roberto Mançini İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə ötən gün yığmadakı işindən ayrılıb.

Mənbə: Sky Sports

Daha çox xəbərlər