Azərbaycanda dəyirmanda iki nəfər zəhərlənərək həyatını itirdi

Azərbaycanda dəyirmanda iki nəfər zəhərlənərək həyatını itirdi

Xızıda dəyirmanda iki nəfər qazdan zəhərlənərək ölüb.

Bu barədə Xızı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində iki nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.