Hadisə 

Tovuzda xəstəxanada dördgünlük körpənin ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:

“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş  süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.

09:44

Tovuzda xəstəxanada dördgünlük körpə ölüb.

“Report”un əldə etdiyi məlumata görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Qadının yaxınları iddia edirlər ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər