Cəmiyyət 

Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”

“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”.

Bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:

“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, – deyə R.Mahmudov gileylənib.

Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqlar üçün də xaricə axın edirlər.

Daha çox xəbərlər