Dünya 

Havayda meşə yanğınlarında ölənlərin sayı 100-ə yaxınlaşıb – VİDEO

Maui adasındakı yanğında ölənlərin sayı növbəti 10 gün ərzində iki dəfə arta bilər.

Bu barədə Havay qubernatoru Coş Qrin xəbərdarlıq edib.

Onun sözlərinə görə, xilasetmə qrupları hər gün 10-20 şəxsin qalıqlarını tapa bilərlər. Hazırda isə 99 nəfərin öldüyü təsdiqlənib.

O da vurğulanır ki, güclü yanğın nəticəsində metal konstruksiyaların da əridiyi nəzərə alınsa, həlak olanların şəxsiyyətini müəyyənləşdirmək asan olmayacaq.

Qeyd edək ki, Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahainaya keçib və şəhər tamamilə məhv olub. ABŞ-də son 100 ilin ən ölümcül meşə yanğını hesab edilən fəlakət nəticəsində azı 2 200 bina dağılıb (onların 86%-i yaşayış binaları olub), minlərlə insan evsiz qalıb. Dəymiş ziyan 5,5 milyard dollar həcmində qiymətləndirilir.

Mənbə: Cbsnews.com

Daha çox xəbərlər