İdman 

Şahmatçılarımız Qazaxıstanla heç-heçə edib Bolqarıstana qalib gəldilər

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında daha iki turun oyunları keçirilib.

Şahmat federasiyasından verilən məlumata görə, ikinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb 2-2.

Üçüncü turda şahmatçılarımız Bolqarıstan komandasını məğlub edib 3,5-0,5.

Xatırladaq ki, yığmamız ilk turda Paraqvaya qalib gəlib – 4:0.

Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.

Daha çox xəbərlər