Hadisə 

Sürücülük vəsiqəsi olamayan şəxs Tərtərdə qəza törətdi

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Seydimli kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ceyhun İrasim oğlu Həsənov sürücülük vəsiqəsi olmadan Samir Qafarova məxsus “Tofaş” markalı avtomobili idarə edərkən idarəetməni itirib və qəza törədib.

Nəticədə avtomobildəki sərnişin, 1990-cı il təvəllüdlü Sahil Muradov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ceyhun Həsənov isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər