Gündəm 

Bu il Bakıda kafe və restoranlara 751 milyon manat xərclənib

2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25% artaraq 751 milyon manat olub.

Bu barədə “İki sahil”ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60%-ni təşkil edib.

Daha çox xəbərlər