Dünya su stressi ilə üz-üzə – 2050-ci ilə qədər…
25 ölkə daha çox su stressi yaşayır.
ARANTV.AZ xəbər verir ki, dünya əhalisinin dörddə birinin yaşadığı 25 ölkə həddindən artıq su stressi ilə üzləşir.
Dünya Resursları İnstitutunun (WRI) məlumatları göstərir ki, bu ölkələr hər il su ehtiyatlarının 80%-dən müntəzəm istifadə edirlər. WRI Aqueduct Su Risk Xəritəsi göstərir ki, suya olan tələbat dünyada artmaqdadır və 1960-cı ildən bəri bu artım 2 dəfə olub.
Avropa və ABŞ-da suya tələbat sabitləşsə də, Afrikada sürətlə artır. 2050-ci ilə qədər dünyada suya olan tələbatın 20-25% artacağı proqnozlaşdırılır.
Səudiyyə Ərəbistanı, Çili, San Marino, Belçika və Yunanıstan ən çox su sıxıntısı yaşayan 25 ölkə arasındadır. Su probleminin ən çox olduğu ilk beş ölkə Bəhreyn, Kipr, Küveyt, Livan və Omandır.
Araşdırmalara görə, qlobal miqyasda təxminən 4 milyard insan və ya dünya əhalisinin yarısı ilin ən azı bir ayı ərzində həddindən artıq yüksək su stressi yaşayır. 2050-ci ilə qədər bu rəqəm 60%-ə yaxınlaşa bilər.
“Bu səviyyədə su stressi ilə yaşamaq həyatı, işləri, ərzaq və enerji təhlükəsizliyini risk altına qoyur. Su bitkilərin və heyvandarlığın artırılmasında, elektrik enerjisinin istehsalında, insanların sağlamlığının qorunmasında, ədalətli cəmiyyətlərin qurulmasında və qlobal iqlim məqsədlərinə nail olmaqda mühüm rol oynayır. Normal idarəçilik olmasa, əhalinin artımı, iqtisadi inkişaf və iqlim dəyişikliyi su qıtlığını daha da artıra bilər”, – deyə hesabat müəllifləri qeyd edirlər.

