Sumqayıtda qadın təmizlik qurbanı oldu
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə 10-cu mikrorayonda, bina 2-də baş verib.
Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Leyla Elşad qızı Quliyeva yaşadığı binanın səkkizinci mərtəbəsində pəncərəni silərkən ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı araşdırma aparılır.