Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib
Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib.
“Report”un xəbərinə görə, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1957-ci il təvəllüdlü G.Səmədova uzun xəstəliklə əlaqədar sirkə turşusu içərək özünü öldürüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

